Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:30
-
«AccessBank» Astara rayon sakini Mikayıl Talıbovla bağlı Azadlıq Radiosuna açıqlama verib.

Bank onu «Facebook» sosial şəbəkəsində quruma böhtan atmaqda ittiham edir.
Məhkəmə hökmüylə «Facebook»da tənqidə görə bir il müddətinə islah işlərinə məhkum edilən Mikayıl Talıbov aylıq qazancının da 20 faizini dövlətə ödəyəcək.

O, «AccessBank»ın keçmiş işçisidir və işdən çıxarılmasını qanunsuz saydığından «Facebook»da «Accessbank – Haqsızbank» adlı səhifə yaradaraq bankı sərt tənqidə tutub.

«AccessBank»dan AzadlıqRadiosuna bildirilib ki, mətbuatın məsələni «tənqid» kimi şərh etməsi düzgün deyil, çünki Mikayıl Talıbov banka böhtan atıb.

Bankın ictimai əlaqələr meneceri Nigar Məmmədova AzadlıqRadiosunun suallarına yazılı cavaba böhtan saydıqları məqamları da artırıb. Söhbət Mikayıl Talıbovun «Facebook»da yaratdığı «Accessbank – Haqsızbank» səhifəsindəki bəzi statuslardan gedir. O, statuslarından birində Ermənistanın bankın səhmdarlarından biri olduğunu göstərib, digər statusunda bankın xarici səhmdarlarının şəffaflığına şübhəsini bildirib.

«Accessbank»ın cavabında o da göstərilib ki, qurumun işgüzar nüfuzunu gözdən salan yalan məlumatları böhtan hesab etsələr də, öncə məsələni məhkəməsiz həll etmək istəyiblər:

«Biz bir neçə dəfə Mikayıl Talıbova xəbərdarlıq etsək də, heç bir nəticə əldə edə bilmədik».

Mikayıl Talıbovun bankdakı işindən çıxarılmasına gəlincə, «AccessBank»ın bildirdiyinə görə, o, «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin, «ç» bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü isə gəlməməyi ilə əlaqədar işdən azad olunub».

«ŞİKAYƏT VERMƏK LAZIMDIR. ANCAQ ÇOX YORULMUŞAM»

Mikayıl Talıbov «Media forum» saytına işdən qanunsuz çıxarıldığını söyləyib:

««AccessBank» məni əmək müqaviləsi öhdəliklərini yerinə yetirməmək adı ilə, əslində, qanunsuz olaraq işdən azad edib. Mikayıl Talıbov

Mikayıl Talıbov

Buna görə heç bir yerdə məni işə götürmürlər. Universitetdə 8 il oxumuşam, işsiz qalmaq məcburiyyətindəyəm».
O, 2 ildir məhkəmə mübarizəsi apardığını, Astara rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qərarı ilə razılaşmadığını da deyir. Mikayıl Talıbov qərardan apellyasiya şikayəti verəcəyini düşünsə də, bildirir ki, «2 il davam etmiş məhkəmə proseslərindən çox yorulmuşam. 2 ildir işləyə bilmirəm, maddi vəziyyətim də imkan vermir ki, bu prosesləri davam etdirim. «AccessBank» mənə borcludur, həm maddi, həm də mənəvi. Pozulmuş hüquqlarımı bərpa etmək çox çətindir».

Mikayıl Talıbov «AccessBank» haqqında «Facebook» səhifəsində yazdıqları ilə bağlı özünü təqsirli saymır:

«Məhkəmədə də bildirdim ki, məni Cinayət Məcəlləsi ilə mühakimə edə bilməzsiniz, çünki mən cinayətkar deyiləm, buna düzəliş edin. Amma heç bir xeyri olmadı. Məhkəmə səhifəmdə paylaşılan yazıları da araşdırmadı. Hətta məni həbs etdilər, sonuncu məhkəmə prosesini dəmir barmaqlıqlar arasında keçirmişəm. Hədə-qorxu gəlirdilər, özümü günahkar kimi qələmə verməyimi istəyirdilər».

Media Hüququ İnstitutu internetdəki müzakirələr kontekstində işlədilən ifadələrə görə sərt cinayət cəzalarının tətbiqini nəzərdə tutan məhkəmə hökmünü qətiyyətlə pisləyib.

Qurumun açıqlamasında bildirilir ki, onlar belə hökmləri Azərbaycan Respublikasının demokratik dövlət olduğunu, məlumat və ifadə azadlığının qorunduğunu bəyan edən Konstitusiyanın mahiyyətinə zidd, zərərli hesab edirlər.

Azərbaycan Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri böhtan və təhqirə görə cinayət cəzaları nəzərdə tutur. Ölkə parlamenti bu il mayın 14-də həmin maddələrə cəzaları daha da sərtləşdirən dəyişikliklər edib. Dəyişikliklərə əsasən, həmin maddələr internetdə yayılan ifadələrə də tətbiq edilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG