Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:36

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq qapısı» -- 17.08.2013

Bu şəhəri sevirəm və ya Naxçıvanı brendləşməyə aparan yollar

…Məsələn, əksəriyyətimiz Paris dedikdə Avropa aristokratiyasının mərkəzi, əsrarəngiz Eyfel qülləsi, Venesiya dedikdə adalar bolluğunda yaradılmış romantika şəhəri, İstanbul dedikdə möhtəşəm asma körpüsü ilə Avropa və Asiyanı birləşdirən böyük bir meqapolis, Nyu-York dedikdə göydələnlər şəhəri və sair düşünürük. Qeyd etdiyimiz bu şəhərlər brend şəhərlərdir.

..Naxçıvanın brend şəhərə çevrilməsinə tarixilik və müasirliyin vəhdəti prizmasından yanaşmalıyıq. Bunun üçün bu coğrafiyada mükəmməl baza var. Təkcə Nuh Peyğəmbərin məzarüstü türbəsinin mövcudluğu bəşər tarixinin bu torpaqda yazılması faktını dünya ictimaiyyətinə diktə edir və bu fakt heç bir əcnəbinin maraq dairəsindən kənarda ola bilməz.

..Diqqətlə fikir versək, son illərdə Naxçıvan şəhərinin nə qədər böyüdüyünün fərqinə vararıq. 20 il bundan əvvəl şəhərin «57-ci» məhəllə adlanan hissəsi böyük bir çöllük ərazini xatırladırdı. İndi isə yaşayış evlərinin sərhədi şərq tərəfdən Naxçıvan çayı ilə sərhədlənir. Və yaxud şəhərə bitişik Əliabad qəsəbəsinin Şorsu deyilən əraziyədək genişlənməsi bu günün reallığıdır. Subyektiv təxminlərə görə, şəhərin genişlənməsi gələcəkdə qərb tərəfə daha çox meyllənəcək. Təcrübə göstərir ki, şəhərlərin böyüməsinin əsas səbəblərindən biri də ölkələrin inkişafı ilə bağlıdır. Az əvvəl Nyu-York şəhərinin əhalisinin bir zamanlar 80 min, yəni Naxçıvan şəhərinin indiki əhalisinə bərabər olduğunu qeyd etdik. Bəlkə də, bəziləri bu iki şəhərin müqayisəsinin «qüsurlu» olduğunu düşünər. O zaman yaddan çıxarmayaq ki, XVII əsrdə hazırda yaşadığımız şəhərin əhali sayı 150 mindən artıq olub.

Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilir

…Kəngərli rayonunda keçirilmiş tədbirdə çıxış edən 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi dairə seçki komissiyasının sədri Zahid Ələkbərov hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən məsul vəzifələrdən, bu sahədə hər kəsin yüksək məsuliyyətindən danışmışdır.

Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səxavət Həsənov seçki gününədək seçici siyahılarında dəqiqləşdirmələr aparılmasında məntəqə seçki komissiyalarına göstəriləcək köməklik, seçki məntəqələrinin seçkilərə hazırlıq vəziyyəti barədə danışmışdır.

Sonra Kəngərli Rayon Məhkəməsinin hakimi Əhliman Xıdırov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Zamin Nəbiyev, Kəngərli rayon prokuroru Müşfiq Həsənov, Kəngərli Rayon Polis Şöbəsinin rəisi Anar Musayev, Kəngərli Rayon İcra Hakimiyyətinin Ümumi şöbəsinin müdiri Novruz Kətənov müxtəlif mövzularda çıxışlar etmişlər.

Tədris kurslarında bildirilmişdir ki, oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkilərinin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi, ilk növbədə, seçki məntəqələrində səsvermə prosesinin mövcud təlimatlara uyğun təşkil edilməsindən, komissiya üzvlərinin hazırlıq səviyyəsindən asılıdır. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində demokratik seçkilərin keçirilməsi üçün möhkəm qanunvericilik bazası yaradılmış, ictimai-siyasi sabitlik təmin edilmişdir.
XS
SM
MD
LG