Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:30
-
«Günahsız adamın ölümünə səbəb olub, adı məntəqə tipli cəzaçəkmə müəssisəsində gedir, özü oturub evində».

Bunu «Qaynar xətt»ə Şamil Babanlı deyir. Onun anası Gülayət Babanlını avtomobil vurub, qadın hadisə yerində keçinib. Şamil Babanlı məhkəmənin sürücüyə kəsdiyi cəza ilə razılaşmır:

«Məhkəmə sürücünün 4 il 6 aylıq məntəqə tipli müəssisədə cəza çəkməsi haqda hökm çıxartdı. İş orasındadır ki, həmin adam üst-üstə bircə gün də həmin müəssisədə qalmadı. Bir insanın ölümünə səbəb olan şəxs azadlıqda gəzir, evində qalır. Bu, necə cəzadır? Adam aylıq haqqını ödəyib azadlıqda gəzir. Atam bu cəzasızlığa, istintaqçıların tərəfkeş olmalarına dözmədi, ürəyi partladı. Ailəmizdə faciələrə səbəb olan şəxsin ağır cəzalandırılmasını tələb edirəm».

Musa Nayıbov məhkəmədə bildirib ki, Sumqayıtda avtomobili sürücülük vəsiqəsi olmadan və yüksək sürətlə idarə edərkən piyada Gülayət Babanlını vurub. Nəticədə piyada ölüb. Musa Nayıbov hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Mehman Sadıqov isə məntəqə tipli müəssisələrdə cəza çəkənlərin hansısa şərtlər əsasında müəssisədən kənarda yaşadıqları barədə deyilənləri təkzib edib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG