Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:41

Hosni Mubarakın azad ediləcəyi gözlənilir


Hosni Mubarak
Hosni Mubarak
Keçmiş Misir prezidenti Hosni Mubarak bu həftə azad edilə bilər. Qahirə məhkəməsi bazar ertəsi ona qarşı korrupsiya ittihamını geri götürüb. Vəkillər yaxın iki gün ərzində onun azad ediləcəyini deyirlər.

Amma məhkəmə eyni ittihamla üzləşən Mubarakın 2 oğlunun hələ ki,istintaq altına qalmasını göstriş verib.

Mubarak bundan əvvəl 2011-ci ildə onun devrilməsi ilə nəticələnən kütləvi nümayişçilər zamanı yüzlərlə aksiyaçının qətlinə görə ömürlük həbs cəzası almışdı.Amma sonradan bu ilin yanvarında məhkəmə işə yenidən baxılması barədə qərar çıxarıb. Bundan başqa o qanunsuz yollarla gəlir əldə etməkdə ittiham olunur.

Amma vəkillər məsələnin tezliklə həll ediləcəyinə ümidlə yanaşırlar.
XS
SM
MD
LG