Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:33
-

Facebook-un təhlükəsizlik sistemində ciddi qüsur tapıldı.

Sən demə, əgər siz Facebook səhifənizdə başqa birisinin post yerləşdirməsinə qadağa qoymusuzsa, yaxud yalnız dostluğunuzda olan insanlara bunu etməyə icazə verirsinizsə, bu məhdudiyyətin xeyri olmaya bilər.

Kənar adam, sizin "divar"ınızda, məsələn, yeddimərtəbəli söyüş post edə bilər.

Facebook-da bu boşluğu İnternet təhlükəsizliyi üzrə ekspert Khalil Shreateh aşkar edib. O bu barədə Facebook-un texniki menecerlərinə xəbər versə də, qaneedici cavab almayıb.

Belə olduqda, Khalil Shreateh Facebook-un sahibi Mark Zuckerberg-in sosial şəbəkədəki "divar"ına müdaxilə edib. Oraya post yerləşdirmək icazəsi olmasa da, bunu etməyi bacarıb.

"Əvvəla, sizin özəl həyatınıza müdaxilə etdiyimə görə üzr istəyirəm. Amma Facebook komandasına yolladığım məlumatların xeyri olmadığından başqa yolum qalmamışdı" - deyə o, postunda yazıb.

Facebook dərhal insidentə reaksiya verib. Khalil Shreateh-lə əlaqə yaradıb Zuckerberg-in "divar"ına necə müdaxilə etdiyini öyrəniblər.

Amma buna görə, Shreateh-ə mükafat verilməyəcək. Facebook onun təhlükəsizlik sistemində boşluq tapana ən azı 500 dollar mükafat verir.

Amma Shreateh bunu "özəl həyata müdaxilə yolu ilə" etdiyi üçün bu dəfə mükafatlandırılmayacaq.

Amma Facebook əlavə edib ki, cənab Shreateh onların təhlükəsizlik sistemində yeni boşluqlar taparsa, əməyi qiymətləndiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG