Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:49
Təhlükəsizlik qüvvələrinin məlumatına görə yaraqlılar Qəzzə bölməsi ilə sərhəddə yerləşən Rafah şəhəri yaxınlığında polisləri aparan iki avtobusa hücum edib

Daxili işlər nazirliyi polislərin girov götürüldüyünü və mikroavtobusa gözyaşardıcı qaz buraxıldığını xəbər verir. Bu məlumatı devrilmiş Misir prezidenti Muhammad Morsinin təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatı da təsdiqləyib.

Avropa Birliyi Misirdəki hadisələrə görə, bu ölkəylə münasibətlərə yenidən baxmağı planlaşdırır.Səudiyyə Ərəbistanının xarici işlər naziri Saud al Feisal Parisdə Fransa prezidenti Drancois Hollande ilə görüşüb, Qərbi Misirdəki hərbi rejimə təzyiq göstərməyə çağırıb.Həmçinin Frnacois Hollande Misirdə yeni seçkilərə çağırıb.

Ötən çərşənbə günündən bu yana Misirdə etirazlar dağıdılarkən azı 830 adam ölüb.Misir prezidenti Muhammad Morsi iyulun 3-də hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılıb.Hərbçilər onu səlahiyyətlərini aşmaqda ittiham edir.Hazırda ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG