Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:11

Şimşək çaxacaq, yağış yağacaq


-
Avqustun 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Hidrometeoroloji Proqnozlar Bürosundan apa-ya verilən məlumata görə, temperatur gecə 19-24, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq. Dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
XS
SM
MD
LG