Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:14
-
Xəzər dənizindəki «Bulla-dəniz» qaz yatağı yanır.

apa-nın məlumatına görə, bunu jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib:

«Hadisə yerində ARDNŞ-in və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri çalışırlar. BP də yanğının söndürülməsinə yardımını təklif edib. Biz də onların köməyini qəbul etdik. Çünki BP şirkətinin belə yanğınların söndürülməsində olduqca böyük təcrübəsi var».

ARDNŞ prezidenti bildirib ki, hazırda qəzanın səbəbləri araşdırılır:

«İlkin ehtimallara görə, qəzaya səbəb yüksək təzyiq olub».

Rövnəq Abdullayevin dediyinə görə, yanğını söndürmək ciddi problem deyil və hazırda vəziyyət nəzarət altdadır:

«Biz 90 №-li kəşfiyyat quyusunu xilas etmək üçün işlər görürük. Sevindirici hal budur ki, yanğın zamanı heç bir əməkdaşımız xəsarət almayıb».

Avqustun 17-də 6 min metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Platformada olan işçilər evakuasiya olunaraq sahilə çıxarılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG