Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:14

Misirdə 38 məhbus ölüb


-
Avqustun 19-da Misir həbsxanalarından birində 38 məhbus həlak olub.

Onlar «Müsəlman qardaşları»nın tərəfdarları olan məhbusların həbsxanada qiyamı zamanı həlak olublar.

«France-Presse» agentliyinin məlumatına görə, polis qiyamı yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Rəsmilər bildiriblər ki, məhbusların girov götürdüyü zabiti azad etmək üçün güc işlətməyə məcbur qalıblar.

Misirin Müdafiə naziri Abdel Fattah al-Sisi deyib ki, ordu ölkədə zorakılığın davam etməsinə yol verməyəcək.

Son 4 gündə təhlükəsizlik qüvvələri ilə «Müsəlman qardaşları» tərəfdarları arasındakı qarşıdurmada 800-dən çox adamın öldüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG