Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:41

Prezident Sarkisian İlham Əliyevi Ermənistan üçün ən məqbul variant sayır


Serzh Sarkisian

Serzh Sarkisian

-
Ermənistan prezidenti Serzh Sarkisian avqustun 17-də Saxkadzorda ümumerməni gənclər toplanışının qapanış mərasimində ona ünvanlanan «Azərbaycanda keçiriləcək prezident seçkisində Ermənistan hansı namizədə üstünlük verir» sualını belə cavablayıb:

«Ermənistan üçün də, başqaları üçün də demokratiya yolunda irəliləyən qonşular daha əlverişlidir. Bundan da o nəticə çıxır ki, qonşu olaraq, özəlliklə danışıqlarda tərəfdaş olaraq, bizdən ötrü demokratik Azərbaycan birmənalı şəkildə daha əlverişlidir. Bu amili bir kənara qoysaq, sualı belə cavablamaq olar: yəqin ki, bizim üçün indiki prezident İlham Əliyevin qələbə çalması daha sərfəlidir. Biz çətin olsa da, uzun danışıqlar yolu keçmişik. Problemin həlli yolu, demək olar, cızılıb. Azı, Minsk Qrupu həmsədrlərinin təklif etdiyi prinsiplər açıqca qəbul olunub. 4 ildir həmin prinsiplər ətrafında fəal danışıqlar aparırıq. İndi deməzdim ki, danışıqlar prosesi aktiv keçir, amma yetərincə uzun yol qət etmişik. Seçkilərdən sonra İlham Əliyev iradə göstərib ermənisevməzlik şakərindən əl çəksə, düşünürəm ki, bizim üçün ən məqbul və ən sərfəli variant odur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG