Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:13
-
KXCP Gədəbəy rayon şöbəsinin sədri Ceyhun Səfərova 15 sutka həbs kəsilib.

Bu barədə KXCP Ali Məclisinin üzvü Əli Abdullayev məlumat verib. Onun dediyinə görə, Ceyhun Bakıda Milli Şuranın 18 avqust mitinqinə dəstək məqsədilə rayonda 500 nəfərlik aksiya keçirmək üçün rayon icra hakimiyyətinə müraciət etmişdi.

Gədəbəy rayon polis şöbəsi rəisinin müavini Bəhmən Məmmədovun bildirdiyinə görə, Ceyhun Səfərov aksiya ilə bağlı deyil, içkili olduğu üçün saxlanıb və daha sonra polisə dirəndiyi və sərxoş halda nalayiq hərəkətlər etdiyi üçün məhkəmə qərarı ilə ona 15 sutka həbs cəzası kəsilib.
XS
SM
MD
LG