Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:56

Qahirədə polis məscidə hücum edib


-
Misir təhlükəsizlik qüvvələri Qahirədəki «Müsəlman Qardaşlar» Hərəkatı tərəfdarlarının sığındığı «Al-Fateh» məscidini boşaldıb.

Təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı toqquşma olub. İçəri qaz bombası atan polis bir neçə nəfəri həbs edib. Şahidlərin dediyinə görə, müdaxilə zamanı iki tərəfdən də atəş açılıb.

«Müsəlman Qardaşları» Hərəkatı 600-dən çox adamın öldürülməsinə etiraz olaraq ötən cümə gününü «Qəzəb günü» elan etmişdi.

Cümə günü isə Misirdə azı 173 adam ölüb. «Müsəlman Qardaşları» Hərəkatının 1000-dən çox tərəfdarı həbs olunub.

«Müsəlman Qardaşlar» cümə günü ölənlər arasında hərəkatın lideri Muhammad Bedii-nin oğlu Ammar Bedii-nin də olduğunu bildirir. Onun «Ramses» meydanında güllələndiyini bildirir. Bedii özü Morsi-nin devrilməsindən sonra xalqı zorakılığa çağırma ittihamı ilə həbs olunub. Onun harada saxlandığı məlum deyil.

BMT-nin Baş katibi Ban ki Moon Misirdəki zorakılıqlara son qoymağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG