Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 08:53

«Azadlıq» qəzetinin səhifəsinə dayanmadan haker hücumu olur»


«Azadlıq» qəzeti

«Azadlıq» qəzeti

-

Avqustun 17-də «Azadlıq» qəzetinin internet səhifəsinə yenidən haker hücumu olub. Bu səbəbdən sayt saat 13:30 radələrində 5-6 dəqiqəlik dayanıb.

Qəzetin veb redaktoru Alı Rzanın AzadlıqRadiosuna verdiyi məlumata görə, qəzetin Niderlandda yerləşən serverinə dayanmadan haker hücumu olur:

«Əvvəl «Azadlıq» qəzetinin serverinə hücum olunurdusa, indi bizə xidmət göstərən şirkətin serverlərə hədəfdədir. Bu səbəbdən bu gün yenə saytımız 5-6 dəqiqəlik fəaliyyətini dayandırdı. Şirkətdən məlumat verdilər ki, haker hücumları dayanmadan davam edir, həm də çox güclü şəkildə. Onların bizə göndərdiyi məlumata görə, hücum 50 min İP ünvanından, 600 server tərəfindən həyata keçirilir. Bildirildi ki, saytın dağıdılması üçün serverə saniyədə 6 min sorğu göndərilir».

Veb redaktorun sözlərinə görə, hücum edən İP Rusiya və İran ərazisində yerləşir. Alı Rza oxuculara qəzetin saytına girərkən «www» yazmağı unutmamağı məsləhət görür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG