Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:20

TQDK ali məktəblərə yerləşdirmənin nəticələrini açıqlayıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-2014-cü tədris ili üzrə ali məktəblərə yerləşdirmənin nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətinin məlumatına görə, abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri barədə məlumatı iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə (bütün mobil operatorlardan) öyrənə bilərlər.

Bu il abituriyentlər ilk dəfə olaraq yerləşdirmənin nəticələrinin elan olunması ilə bağlı məlumatları TQDK-nın «Facebook» səhifəsindən də əldə edə bilər.
XS
SM
MD
LG