Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:25

«Mitinqqabağı saxlanan müxalifətçilərin sayı 11-ə çatıb»


Arxiv foto: Müxalifətin 22 aprel aksiyası

Arxiv foto: Müxalifətin 22 aprel aksiyası

-

«Mitinqqabağı saxlanan müxalifətçilərin sayı 11-ə çatıb». Bunu AzadlıqRadiosuna mitinq komitəsinin sədri, AXCP sədrinin müavini Asəf Quliyev deyib.

Onun sözlərinə görə, həbslər avqustun 16-dan başlanıb:

«11 nəfərdən 4-ü barəsində 5 gündən 15 günə qədər inzibati həbs qərarı verilib. Bu gün isə daha bir partiya üzvü həbs edilib - Elşad Ovçuyev, hazırda o, Nizami rayon polisindədir. Bir nəfərin harada saxlandığı bəlli deyil. Saxlananlardan 5 nəfər isə xəbərdarlıqdan sonra sərbəst buraxılıb».

SABAHKI MİTİNQDƏ 10 NƏFƏRİN ÇIXIŞI NƏZƏRDƏ TUTULUR

Asəf Quliyevin dediyinə görə, Milli Şuranın avqustun 18-nə təyin etdiyi mitinqin 3 saat davam edəcəyi nəzərdə tutulub:

«Aksiyada beş partiya sədrinin, 2 gənc fəalın, 2 ziyalının və siyasi məhbus ailələrindən də bir nəfərin çıxışı nəzərdə tutulur».

Aksiyada səslənəcək şüarlara gəlincə, azad, demokratik seçki tələbindən tutmuş, evlərin sökülməsinə qədər bir sıra məsələlərlə bağlı şüarlar səsləndiriləcəyi bildirilir.

Milli Şuraya daxil olan müxalifət partiyalarının avqustun 18-nə təyin etdiyi mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG