Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:27

MSK daha 4 nəfərin prezidentliyə namizədliyini təsdiqlədi


Məzahir Pənahov

Məzahir Pənahov

Avqustun 17-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

İclasda Müasir Müsavat Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Hafiz Hacıyevin, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Fərəc Quliyevin, fərdi qaydada öz namizədliyini irəli sürən Zahid OrucunƏrəstun Oruclunun prezidentliyə namizədlikləri təsdiqlənib.

İndiyədək 14 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib. Onlardan 12-nin namizədlikləri təsdiq olunub.

DAHA BİR NƏFƏR NAMİZƏDLİYİNİ İRƏLİ SÜRÜB

Daha bir nəfər ölkə prezidentliyinə keçirilən seçkilərdə namizədliyini irəli sürüb. Bu, AMEA-nın Fizika İnstitutunun əməkdaşı, elmlər doktoru, professor, 1950-ci il təvəllüdlü Qüdrət İsaq oğlu İsaqovdur. O, öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

Bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

Seçki qanunvericiliyinə əsasən namizədliyi təsdiq olunan şəxslər tərəfindən i
imzatoplama kampaniyasına başlanılıb.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG