Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:22

AXCP üzvü azadlığa buraxılıb


Yanvarın 26-da Bakıda İsmayıllı hadisələrinə dəstək aksiyası ilə bağlı həbs edilən 25 yaşılı AXCP üzvü Tural Həsənzadə avqustun 17-də azadlığa buraxılıb.

Bu barədə AzadlıqRadiosu o özü məlumat verib:

«26 yanvar aksiyasında iştirak etdiyimə görə, məni yanvarın 29-da həbs etdilər. Xəzər rayon məhkəməsinin qərarı ilə 6 ay 11 gün azadlıqdan məhrum olundum. Bundan əvvəl də məni həbs etmişdilər və şərti azadlığa buraxılmışdım. Yanvar aksiyasında iştirak etdiyim üçün saxlandım və həmin şərti cəzanı həbslə əvəzlədilər».

T. Həsənzadə yanvarın 12-də Bakıda əsgər ölümlərinə etiraz olaraq gənclərin keçirdiyi aksiya zamanı da saxlandığını və cərimə olunduqdan sonra sərbəst buraxıldığını deyir.
XS
SM
MD
LG