Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:53

Rusiyada 100-ə yaxın yaşayış məntəqəsi su altında qalıb


Rusiyanın Amur vilayətində yüzə yaxın yaşayış məntəqəsi daşqın suları altında qalıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, daşqın zonasında 28 mindən çox adam ziyan çəkib. 16 min nəfər ərazidən təxliyə edilib, onların da beş mindən çoxu uşaqlardır. Ərazidəki yol və körpülər dağılıb.

Daşqınlarla bağlı Yakutiya, Amur vilayətində, Yəhudi muxtar vilayətində Xabarovsk və Primorski rayonlarında fövqəladə vəziyyət elan edilib.

Hakimiyyət nümayəndələrinin verdiyi məlumata görə, avqustun 23-25-i tarixlərində daşqının pik həddə çatacağı gözlənilir.
XS
SM
MD
LG