Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:59

Qahirədə məsciddə gizlənən etirazçılar mühasirəyə alınıb


Avqustun 16-da Misirin devrilmiş prezidenti Mohammad Morsi tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmada 80-dən çox adam ölüb. Son üç gündə ölənlərin sayı 700-ə çatıb.

Avqustun 17-də yayılan məlumata görə, ordu Qahirədəki Al-Fateh məscidində gizlənən etirazçıları mühasirəyə alıb.

Ölkənin daxili işlər nazirliyinə istinadən Frans-Press agentliyi xəbər verir ki, avqustun 16-da «Müsəlman Qardaşları» hərəkatının min nəfərdən çox tərəfdarı həbs edilib. Onların 600-dən çoxunun Qahirədə həbs edildiyi bildirilir.

Cümə günü «Müsəlman qardaşları»nın çağırışı ilə ölkədə «qəzəb günü» adlandırılan aksiya keçirilib. Nümayişçilər yüzlərlə aksiyaçının öldürülməsinə etirazlarını bildib, Morsi-nin prezident postuna qaytarılmasını tələb ediblər.

Mohammad Morsi iyulun 3-də hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılıb. Bundan sonra Morsi tərəfdarları ölkədə etirazlara başlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG