Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:25

Gədəbəydə 3 müxalifətçi saxlanıb


Gədəbəy
Gədəbəy
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Gədəbəy rayon təşkilatının 3 üzvü saxlanıb. Bu barədə AzadlıqRadiosuna partiyanın rayon şöbəsinin sədri Əli Abdullayev məlumat verib:

«Biz Bakıda Milli Şuranın 18 avqust mitinqinə dəstək məqsədilə rayonda 500 nəfərlik mitinq keçirmək üçün rayon icra hakimiyyətinə müraciət etmişdik. Avqustun 16-da üzvlərimizdən Ceyhun Səfərov, Səyyaf Musayev və Telman Ələkbərovu polislər saxlayıb. Hələ də buraxılmayıblar».

Rayon polis şöbəsinin növbətçi hissəsindən isə AzadliqRadiosuna bildiriblər ki, heç bir müxalifətçi saxlanılmayıb.
XS
SM
MD
LG