Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:52
-

«O GƏMİLƏR BİZİM LİMANIMIZA QEYRİ-QANUNİ DAXİL OLUB»

«Kreml Xəzərdə Qərbə muskul göstərdi». Rusiya gəmilərinin Xəzərdə hərbi təlimlərə qatılmasına münasibət bildirən politoloq Hikmət Hacızadə «Azadlıq» qəzetinə belə deyib:

«Bu, əzələ nümayişidir. Muskullarını göstərmək istəyir. Demək istəyir ki, hərbi cəhətdən bura mənimdir. Bundan başqa nə ola bilər. Özü də o gəmilər bizim limanımıza qeyri-qanuni daxil olub. Biz onu bura çağırmamışıq. Ona icazə verilməyib ki, dəniz sərhədlərimizi keçib, Bakıya yaxınlaşsın. Bütün bunlar aqresiya, təhdid kimi qiymətləndirilə bilər».

SEÇKİLƏR YAXINLAŞDIQCA

«Yeni Azərbaycan» qəzeti yazır ki, hər dəfə Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca, bəzi siyasi qüvvələr fəallıq nümayiş etdirməyə cəhd göstərir:

«Amma bu «hərəkətlilik» milli-siyasi dəyərlərdən kənar, intellektual və kreativlik faktorlarından, həmçinin, sivil siyasi mübarizə metodlarından uzaq dağıdıcılıq və qarşıdurmalar fonunda davam edir».

HAKİMİYYƏTİN BÖYÜK RESURSU VƏ ZƏİF NAMİZƏDLƏR

«Yeni Müsavat» qəzeti yazır ki, hakimiyyət böyük resursa malik olduğu halda zəif və statist namizədlərdən bəhrələnmək istəyir:

«Heç bir özünə hörmət edən texnoloq belə yanlış metodu təqdir edə bilməz. Nəzərə alsaq ki, bu günə olan namizədlərin əksəriyyəti heç bir sosial bazası olmayan insanlardır, belə zəif simalara alternativ olmaq dövlət başçısının maraqlarına heç cür cavab vermir».

BELƏ GETSƏ...

«Azərbaycan» qəzeti Milli Şuranın hələ də vahid namizəd tapa bilməməsindən yazır. Qəzetə görə, «belə getsə, onlar Elman Türkoğluya müraciət etməli olacaqlar...

SÖKÜNTÜLƏR ARASINDA YAŞAYAN STATUSSUZ MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİ

«Bizim yol» Bakı Dövlət Universitetinin yataqxanalarında qalan məcburi köçkün ailələrindən yazır. Qəzetə görə, bütün yataqxanalardakı məcburi köçkün ailələri köçürülsə də Laçın və Füzulidən olan bəzi ailələr hələ də yarıuçuq binalarda yaşamaqdadırlar:

«Yataqxana şəhərciyində tələbələrdən başqa dörd məcburi köçkün ailəsi qalıb. Hamı köçürüldüyündən, ətrafda söküntü işləri aparıldığından binanın işığını, qazını, suyunu kəsiblər. Sakinlər yaxınlıqdakı məsciddən su daşıyır».

Qəzet məsələyə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin münasibətini də öyrənib. Qurumdan deyiblər ki, «yataqxanada qalan ailələrin heç birinin məcburi köçkün statusu yoxdur».

Günün bütün mövzuları

XS
SM
MD
LG