Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:14

Ukrayna müxalifəti hökuməti Rusiyaya müvafiq cavab verməyə çağırıb


Oleh Tyahnybok

Oleh Tyahnybok

Ukraynanın müxalifətdə olan “Azadlıq” partiyası ölkə rəhbərliyindən Rusiyanın gömrük məntəqələrində Ukrayna mallarına nəzarəti gücləndirməsinə müvafiq cavab verməyi tələb edib.

Ria Novostinin məlumatına görə, Ukrayna şirkətləri faktiki Rusiya bazarlarına çıxışı itirdiklərini deyirlər.

Ukraynanın əmək federasiyası buna görə ölkəyə dəymiş ziyanın 2 milyard yarım dollar civarında dəyərləndirir.

Keçmiş prezident Biktor Yushenko hesab edir ki, ixracçılar Rusiya rəhbərliyinin Ukraynanın Avropa Birliyinə yaxınlaşmasını əngəlləməsinin girovuna çevriliblər.

Ukrayna və Rusiya prezidentləri cümə günü telefonla yaranmış vəziyyəti müzakirə ediblər. Rusiya hökuməti qərarın nazirlər yox, gömrük orqanları səviyyəsində qəbul edildiyini deyir.

Ukrayna Əmək Federasiyasının məlumatına görə, Rusiyanın gömrük xidməti avqustun 14-dən bütün Ukrayna mallarına ciddi gömrük nəzarət tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG