Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:45
Misirdə baş verən toqquşmalarda azı 12 nəfərin öldüyü xəbər verilir. Paytaxt Qahir, İsgəndəriyyə və ölkənin digər yerlərində toqquşmalar olduğu bildirilir.

Devrilmiş prezident Muhammad Morsinin 10 minlərlə tərəfdarı yenidn küçəlrə çıxıb.Morsinin təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatı bundan əvvəl , tərəfdarlarını cümə namazından sonra küçələrə çıxmağa çağırmışdı.


Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son günlər baş verən toqquşmalarda 620-dən çox adam ölüb.Misir ordusu iyulun 3-də prezident Mohammad Morsinini devirib və bundan sonra onun tərəfdarları olkədə etiraz aksiyalarına çıxıb.Avqustun 14-də hərbçilər onların qurduğu 2 düşərgəni dağıdarkən yüzlərlə adam ölüb.Ordu ölkədə komendant saatı tətbiq edib.

BMT, ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Almaniya və Türkiyə ölkədə qan tökülməsini dayandırmağa çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG