Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:22

Qahirədə Morsinin tərəfdarları yenidən küçələrə çıxır


Misirdə etiraz aksiyası

Misirdə etiraz aksiyası

Qahirədə devrilmiş prezident Muhammad Morsinin minlərlə tərəfdarı yenidn küçəlrə çıxır.

Morsinin təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatı bundan əvvəl , tərəfdarlarını cümə namazından sonra küçələrə çıxmağa çağırmışdı.

BMT-nin Təhlükəsizlik Şurası ölkədəki hadisələrlə bağlı qapalı toplantı keçirib, tərəfləri sakitliyə çağırıb.

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son günlər baş verən toqquşmalarda 620-dən çox adam ölüb.

Misir ordusu iyulun 3-də prezident Mohammad Morsinini devirib və bundan sonra onun tərəfdarları olkədə etiraz aksiyalarına çıxıb.Avqustun 14-də hərbçilər onların qurduğu 2 düşərgəni dağıdarkən yüzlərlə adam ölüb.Ordu ölkədə komendant saatı tətbiq edib.

ABŞ Dövlət Departamenti zorakılığı dayandırmağa çağırıb.Həmçinin Avropa Birliyi, Böyük Britaniya, Almaniya və Türkiyə təcili ölkədə qan tökülməsini dasyandırmağa çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG