Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:42

Namizədliyi təsdiqlənənlərin sayı 8-ə çatdı


-
Avqustun 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini təsdiqləyib.

İndiyə qədər MSK 6 nəfərin prezidentliyə namizədliyini təsdiqləmişdi: Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, hüquqşünas İlqar Altay, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev.

Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.
XS
SM
MD
LG