Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:44

Polis AXCP sədrinin müşavirini saxladı


Məmməd İbrahim
Məmməd İbrahim
-
Avqustun 16-da polis əməkdaşları AXCP sədrinin müşaviri Məmməd İbrahimi metronun «Nərimanov» stansiyası yaxınlığında saxlayıblar.

AXCP-dən AzadlıqRadiosuna bildiriblər ki, Məmməd İbrahim 40-cı polis bölməsinə aparılıb.

40-cı bölmədən isə onlarda bu haqda məlumat olmadığını dedilər.

POLİS ÇAYXANANI BAĞLADI

Avqustun 16-da Sumqayıtda polis müxalifət nümayəndələrinin yığışdığı çayxananı bağlayıb.

Bu haqda AzadlıqRadiosuna AXCP Sumqayıt şəhər şöbəsinin sədri İsa Qurbanov məlumat verib. Onun dediyinə görə, qərargahları olmadığından Nərimanov Mədəniyyət Evinin arxasında yerləşən çayxanaya yığışırmışlar. Onun fikrincə, çayxananın bağlanması Milli Şuranın avqustun 18-ə təyin etdiyi mitinqlə bağlıdır:

«Sumqayıtda müxalifət partiyalarının heç birinin qərargahı yoxdur. Həmişə ora yığışıb müzakirələr aparırıq. Bu gün səhər polislər gəlib çayxananı bağladılar. Bu da qarşıdakı mitinqlə bağlıdır. Sumqayıtda Milli Şurada təmsil olunan partiyaların nümayəndələri əhali arasında mitinqlə bağlı təbliğat kampaniyası aparır. Görünür, bunun qarşısını almaq üçün indi də bu yola əl atıblar».

Sumqayıt şəhər Polis İdarəsindən isə bildirdilər ki, polis heç bir çayxananı bağlamayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG