Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:24

Qəbələdə AXCP fəalı tutuldu


-
AXCP Qəbələ rayon təşkilatının fəallarından olan Tehran Musayev həbs olunub.

Qəbələ rayon məhkəməsinin qərarı ilə o, 15 sutka azadlıqdan məhrum edib.

Tehran Musayev polisə müqavimətdə ittiham olunub.

Bu haqda AzadlıqRadiosuna AXCP Qəbələ rayon təşkilatı Ali Məclisinin üzvü İlham Quliyev məlumat verib:

«Tehran Musayev küçədən keçərkən polislər yaxınlaşıb ki, prezident Qəbələdədir, bu küçə ilə hərəkət etmək olmaz. Onun da həyat yoldaşı əməliyyat olunduğu üçün tələsirmiş. Deyib ki, mən mütləq getməliyəm. Polislər imkan verməyib, o da getmək istəyib. Sonra da şöbəyə aparıblar. Axşam da məhkəmə barəsində 15 sutka cəza çıxarıb».

AXCP hadisənin hakimiyyətin siyasi fəallara qarşı növbəti qanunsuz addımı adlandırır. Hakimiyyətini vətəndaşlara qarşı qisasçılıq siyasətindən əl çəkməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG