Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:12

Sosial şəbəkələrdə seçkiqabağı vəziyyət - [Video]


-

Azərbaycanda prezident seçkiləri yaxınlaşır. Sosial şəbəkələrdə seçkiqabağı vəziyyət necə görünür?

FM - Sosial şəbəkələrdə seçkiqabağı vəziyyət

Facebook-dan Birbaşa Şərh Yaz

Seçki mütəxəssisi Bəşir Süleymanlı:

- Sosial şəbəkələrdə seçkiqabağı aktivlik o qədər də hiss olunmur. İfadə azadlığı məhdudlaşdırılan yerlərdə sosial şəbəkələr böyük qüvvədir. Ancaq Azərbaycanda bu imkandan yetərincə istifadə olunmur.

- Sosial şəbəkələrdə iqtidarın seçki təbliğatı daha güclüdür. «Facebook»da prezident İlham Əliyevi təbliğ edən yetərincə qruplar var.

- Xarici ölkələrdə sosial şəbəkələrdən seçki prosesində daha aktiv istifadə olunur. Namizədlər sosial şəbəkələrdə seçiciləri ilə ünsiyyət qururlar. Çox təəssüf ki, bizdə bu, formalaşmayıb.

Hüquqşünas Ələsgər Məmmədli:

- KİV-in ilk funksiyası informasiya almaq, yaymaqdır. Bu baxımdan, seçki prosesində KİV-in əsas funksiyası bu prosesi çatdırmaq, informativ xarakterli bilgilər verməkdir, bunu təbliğat saymaq olmaz. Seçkiqabağı təşviqat kampaniyası isə 23 gün ərzində aparılır. İnternet də KİV sayılır. Ona görə də, müəyyən seçki təbliğatı edən qruplar, səhifələr cəzalandırıla bilər.

Mühacirətdə yaşayan jurnalist Elbəyi Həsənli:

- Avropada olan azərbaycanlılar da müxtəlif siyasi qruplara aiddir. Ona görə də onların birləşməyi çətinləşir. Lakin Strasburqda bu yaxınlarda mitinq keçirməyə nail olduq.

- Azərbaycanda seçkiqabağı sosial şəbəkələrdə radikal fikirlər səslənir daha çox.

Müsavat başqanının müşaviri Səxavət Soltanlı:

- Seçkiqabağı təbliğat imkanı «Facebook»da var. Biz də yetərincə bu imkandan yararlanmağa çalışırıq. Müsavat Partiyası seçki qərargahı yaradıb. Bu qərargahın tərkibində sosial şəbəkələrdə iş üzrə qrup var. Lakin hakimiyyət bu işdə də bizə əngəl olmağa çalışır. Üzvlərimizdən həbs olunanlar var.

AXCP-nin mətbuat katibi Natiq Ədilov:

- Azərbaycanda siyasi diskussiya imkanları o qədər məhdudlaşdırıb ki, ancaq sosial şəbəkələr çatır dadımıza. Müzakirələrimizi sosial şəbəkələrdə aparmağa çalışırıq.

Verlişi tam dinləmək üçün:
XS
SM
MD
LG