Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:14

Türk sammitində sənədlər imzalandı


-
Qəbələdə, Heydər Əliyev Konqres Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə toplantısı başa çatıb.

Azərbaycan prezidenti İlham Əliyevdən sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev, Türkiyə prezidenti Abdullah Gül, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı çıxış ediblər.

Çıxışlardan sonra sənədlərin imzalanması mərasimi olub və toplantıya yekun vurulub.

Xəbəri AzərTAc yayıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən IX zirvə görüşündə yaradılıb. Şuranın məqsədi türkdilli ölkələr arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsinə və inteqrasiyaya nail olmaqdır. I zirvə toplantısı 2011-ci il oktyabrın 21-də Almatıda, II zirvə toplantısı isə 2012-ci il avqustun 23-də Bişkekdə keçirilib.
XS
SM
MD
LG