Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:09

Nazirlik Misirə getməməyi tövsiyə edir



Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Misir Ərəb Respublikasında hökm sürən gərgin vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşlarının bu ölkəyə səyahətini və turizm şirkətləri tərəfindən Misirə turist səfərlərinin təşkilini tövsiyə etmir.

Bu barədə nazirliyin rəsmi səhifəsində xəbərdarlıq yerləşdirilib.

Bildirilir ki, turizm şirkətləri Misirə səfərlə bağlı aparılan bütün rəsmiləşdirmə işlərinin dayandırılmasına dair məlumatlandırılıb.

Misirdə vəziyyət sabitləşdikdə Mədəniyyət və Turizm Nazirliyi müvafiq rəsmi bəyanatla çıxış edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG