Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:55

Müsəlman Qardaşları tərəfdarlarını namazdan sonra etirazlara çağırır


Misirdə «Müsəlman Qardaşları» hərəkatı iki günlük qanlı qırğınlardan sonra avqustun 16-da tərəfdarlarını cümə namazından sonra yenidən etirazlara çağırıb.

BMT Təhlükəsizlik Şurası Misirdəki hadisələrlə bağlı qapalı toplantı keçirib. Toplantı iştirakçılarının qəbul etdiyi bəyanatda tərəflər dincliyə və kompromislərə çağırılıb.

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 14-də baş verən qanlı hadisələrdə 620-dən çox adam həlak olub.

Misir ordusu iyulun 3-də prezident Mohammad Morsi-ni devirərək, hakimiyyəti ələ keçirib. Bundan sonra ölkə konstitusiyası qüvvədən düşüb. Konstitusiya Məhkəməsinin sədri Adli Mansur dövlət başçısı səlahiyyətləri əldə edib. Morsi tərəfdarları isə baş verənlərə etiraz olaraq aksiyalara başlayıb.

Avqustun 14-də aksiyalar güc yolu ilə dağıdılıb. Qanlı hadisələr avqustun 15-də də davam edib. Hazırda Misirdə fövqəladə vəziyyət və komendant saatı (axşam saat 7-dən səhər saat 6-dək küçəyə çıxmaq yasağı) tətbiq olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG