Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:49

İlham Əliyev: «İslam dünyasında vəziyyət fərqli istiqamətdə gedir»


İlham Əliyev

İlham Əliyev

-


«Beynəlxalq təşkilatlarda türkdilli ölkələr daim bir birinə dəstək olur. Bu da təbiidir. Çünki qardaş xalqlar bir birlərinə daim dəstək olmalıdırlar. BMT, İƏT və digər beynəlxalq təşkilatlarda bir çox hallarda eyni mövqedən çıxış edirik. Bu da bizim gücümüzü artırır». Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində çıxış edən prezidenti İlham Əliyev deyib.

Prezident uğurlu inkişaf üçün qarşıda duran məsələlərdən birinin də regional təhlükəsizlik olduğunu bildirib:

«Bizim ölkələrimiz regional təhlükəsizlik məsələlərinə öz töhfələrini verirlər. Bu çox vacib məsələdir. Biz elə etməliyik ki bölgəmizdə sülh, əmin-amanlıq təmin edilsin”.

Prezident iqtisadi layihələrdən də danışıb, bildirib ki, bölgədə nəhəng infrastruktur layihələrinin tikintisi Azərbaycanda başlayıb:

«Tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizi birləşdirilib. Azərbaycan artıq bizim qardaşlarımız, Xəzərin şərq sahilində yerləşən ölkələr üçün tranzit ölkə rolunu oynayır. Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə həm ikitərəfli, həm üçtərəfli formatda işlər həyata keçirilir. Onların sırasında Avropa və Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu göstərə bilərəm. Bu dəmir yolu ölkələrimizə xidmət edəcək. Əminəm ki yaxın zamanlarda, gələn il bu layihənin istifadəyə verilməsini qeyd edəcəyik. Qədim İpək Yolunun bərpası reallıqdır».

Prezident digər islam ölkələri ilə müqayisədə türk dünyasında fərqli proseslərin getdiyini vurğulayıb: «Dünyanın müxtəlif yerlərində, əfsuslar olsun ki islam dünyasında vəziyyət fərqli istiqamətdə gedir. Qarışıqlar, vətəndaş müharibələri, xoşagəlməz hallar baş verir. Bizim türkdilli coğrafiyada isə inkişaf prosesi gedir. Bu, böyük sərvətdir. XXI əsr türk dünyası əsri olmalıdır. Biz bütün müsbət meylləri gücləndirməliyik». /APA/

QƏBƏLƏDƏ TÜRKDİLLİ DÖVLƏTLƏRİN ƏMƏKDAŞLIQ ŞURASININ ZİRVƏ TOPLANTISI KEÇİRİLİR

Avqustun 16-da Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı işinə başlayıb.

Arxiv foto

Arxiv foto

Zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentləri iştirak edirlər.

Zirvə toplantısında əsas müzakirə mövzuları nəqliyyat sahəsində əməkdaşlıq və gömrük proseduralarının asanlaşdırılması olmalıdır.

Nəzərdə tutulan tədbirlər çərçivəsində quruma üzv olan ölkələr arasında əməkdaşlığın gələcək inkişafı məsələləri müzakirə olunacaq.

Toplantı çərçivəsində Qırğızıstanın Şuradakı sədrliyi Azərbaycan tərəfə təqdim edilib.
Sammitin yekununda Qəbələ Bəyannaməsinin qəbul olunacağı gözlənilir.

Ötən gün Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclası da keçirilib. Şura iclasının sonunda 4 ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb.

Şura 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən Avrasiyada sülh və sabitliyə töhfə vermək məqsədilə yaradılıb. Qurumun katibliyi İstanbulda yerləşir. /Trend/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG