Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:45

Mahmudəli Çöhrəqanlı Bakıdan geri qaytarılıb


Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, doktor Mahmudəli Çöhrəqanlı bu gün Bakıya gəlib.

Amma Beynəlxalq Hava limanında onun Azərbaycan ərazisinə girməsinə icazə verilməyib.APA-nın məlumatına görə, Mahmudəli Çöhrəqanlıya viza verilmədiyindən o oğlu ilə birlikdə gəldiyi Frankfurt-Bakı reysi ilə də geri dönməli olub.

Dünya Azərbaycanlıları Konqresinin sədri, millət vəkili Sabiq Rüstəmxanlı, DAK üzvləri və Bakıda yaşayan İran azərbaycanlıları onu qarşılamaq üçün hava limanına gediblərmiş.

Sabir Rüstəmxanlı bildirib ki, Mahmudəli Çöhrəqanlı Azərbaycana viza probleminə görə buraxılmayıb.
XS
SM
MD
LG