Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 21:53

Apellyasiya Məhkəməsi Xədicə İsmayılovanın «süpürgə işi» üzrə qərar çıxarıb


Xədicə İsmayılova

Xədicə İsmayılova

-
Avqustun 15-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Xədicə İsmayılovanın 220 saatlıq ictimai işlərə cəlb olunması barədə Binəqədi rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxıb.

Məhkəmə şikayəti təmin etməyib, ilkin instansiyanın qərarını qüvvədə saxlayıb.

Xədicə İsmayılova 2013-cü il, yanvarın 26-da İsmayıllı hadisələri ilə bağlı polis zorakılığına etiraz aksiyasına qatılıb. Aksiyada saxlanan İsmayılova Səbail rayon Məhkəməsi tərəfindən 400 manat cərimələnib. Məhkəmə qərarını antikonstitusion saydığını deyən Xədicə İsmayılova Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edib və cəriməni ödəməkdən imtina edib.

İyunun 10-da Binəqədi rayon Məhkəməsi cəriməni ödəmədiyi üçün onun 220 saatlıq ictimai işə cəlb olunması barədə qərar çıxarıb. Jurnalist Binəqədi rayon Məhkəməsinin qərarından da apellyasiya şikayəti verib.

«Hakim Mirzəli Abbasov məhkəmə qərarlarının icrasının vacibliyini qeyd etdi. Mən də dedim ki, bu təcrübə elə belə də davam edəcək. Hakimlər qanunsuz qərar çıxardıqca, biz də onları icra etməkdən imtina edəcəyik. Onlar qanunun keşiyində dayanmaqdan imtina edirlərsə, insan haqlarını pozmaqda davam edirlərsə, mən onlara bunda yardımçı olmayacağam», - Xədicə İsmayılova deyib.

«QƏRARLAR VAR İLLƏRDİR İCRA OLUNMUR»

Vəkil Anar Qasımlı məhkəmədəki çıxışında İsmayılovaya qarşı qərəzli münasibətin göz önündə olduğunu bildirib: Anar Qasımlı

Anar Qasımlı


«Mənim apardığım onlarla məhkəmə işində dövlət orqanlarının insanların haqqını pozması, qanunsuz olaraq əmlakını dağıtması sübut olunub və vəzifəli şəxslərin əleyhinə qərarlar qəbul olunub. Lakin həmin qərarlar illərdir ki, icra olunmur, həmin şəxslər də heç bir məsuliyyətə cəlb olunmur».

Vəkil ictimai işlərin müəyyən olunması üçün müvafiq icra orqanının - Nazirlər Kabinetinin qaydaları müəyyənləşdirmədiyini, müdafiə etdiyi şəxsə təklif olunan süpürgəçi və dalandar işlərinin onun ixtisasına uyğun olmadığını deyib. O, tənbehə məruz qalan şəxsin seçiminə uyğun alternativin təklif olunmamasının da qanunsuz olduğunu qeyd edib.

İsmayılova bu qərardan da Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacağını bildirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG