Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:49

Rusiya ermənilərin hərbi texnikasını təmir edəcək


-
Yerevanla Moskva Ermənistanda hərbi texnikanın təmiri ilə bağlı mərkəzin yaradılması haqda razılığa gəliblər.

Bu barədə «Novosti-Armeniya»ya istinadən AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, belə bir razılıq Ermənistanın müdafiə naziri Seyran Ohanyan-la Rusiyanın hərbi-texniki əməkdaşlıq xidmətinin direktoru Alexander Fomin arasında keçirilən görüş zamanı əldə olunub.

Tərəflər, həmçinin, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazası ilə bağlı hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini də müzakirə ediblər.

Rusiyanın həmin hərbi bazası MDB-nin vahid hava hücumundan müdafiə sistemi çərçivəsində hərbi növbə çəkir. Tərəflər arasında bu barədə 1995-ci ildə saziş imzalanıb. Bazanın Ermənistanda fəaliyyət müddəti 25 il müəyyən edilib. 2010-cu il avqustun 20-də isə bu müddət 2044-cü ilə qədər uzadılıb.

Ermənistanın Türkiyə (330 km) və İranla (45 km) sərhədlərini Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsi qoruyur. Bu idarənin Ermənistandakı sərhəd idarəsinə 4 sərhəd dəstəsi daxildir.
XS
SM
MD
LG