Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:33

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından narahatdır


Ahmet Davutoglu

Ahmet Davutoglu

“Türkiyə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi üçün bütün mümkün vasitələrə əl atmağa hazırdır”. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib.

O Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda sabitliyə əngəl olaraq qaldığını vurğulayıb.Ahmet Davutoğlu hazırda Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğöunu və 20 ildir aparılan danışıqların heç bir nəticə verməməsindən dərin narahat olduqlarını deyib.

O bir daha bildirib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Əks halda Cənubi Qafqaz və Orta Asiyada sülh, sabitlik və əmin-amanlığı təmin etmək çətin olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG