Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:41

MSK KİV-ə müraciət etdi


Mərkəzi Seçki Komissiyası avqustun 15-də Kütləvi İnformasiya Vasitələrinə (KİV) müraciət edib.

Komissiyanın mətbuat xidmətinin yaydığı müraciətdə mətbuata xatırladılır ki, namizədliyi təsdiq olunmuş şəxslərin imzatoplama prosesi gedir. Qeyd olunur ki, seçki qanunvericiliyinin tələblərinə görə, bu seçkilərdə seçkiqabağı təşviqat yalnız belə fəaliyyətə səlahiyyətli subyektlər tərəfindən, qanunvericiliklə müəyyən olunmuş vasitələrlə və qaydalara əməl olunmaqla sentyabrın 16-dan oktyabrın 8-i saat 18.00-dək aparıla bilər.

«Qeyd edilən tələblərə zidd olan, seçkiqabağı təşviqat üçün qanunla nəzərdə tutulan müddətlərin və qaydaların pozulmasına səbəb olan, habelə, hər hansı bir namizədin (qeydə alınmış namizədin) lehinə, yaxud əleyhinə olan və ya belə yozula bilən təşviqat materiallarının KİV-lər tərəfindən dərc edilməsi və yayımlanması qadağandır», deyə MSK-nın müraciətində bildirilir.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG