Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:04

Elmar Məmmədyarov: «Münaqişələr regional əməkdaşlığı əngəlləyir»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
-

Avqustun 15-də Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının görüşü başlayıb.

Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri iştirak edir.

İclasda çıxış edən Azərbaycanın XİN Elmar Məmmədyarov bildirib ki, regional əməkdaşlıq məsələlərini müzakirə edərkən əməkdaşlığı əngəlləyən amillərdən danışmaya bilmərik:

«Aqressiv separatizm, milli və etnik mənşəli münaqişələr, dövlətlərimizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zorla dəyişməyə yönəlmiş addımlar ciddi təhlükə doğuran hədələr kimi qiymətləndirilməlidir».

Nazir 20 ildən artıq davam edən Ermənistanın hərbi təcavüzü və əsassız ərazi iddialarının nəticəsində meydana gələn Ermənistan-Azərbaycan münaqişəsini bunun ən bariz nümunəsi adlandırıb.

QƏBUL OLUNACAQ QƏRARLAR DÖVLƏT BAŞÇILARINA TƏQDİM OLUNACAQ

E. Məmmədyarov həmçinin bu görüşlərdə alınan qərar və əldə edilmiş nəticələrin təşkilat daxilində əməkdaşlığın inkişafına önəmli töhfə olacağını bildirib.

APA-nın məlumatına görə, toplantıda türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün təşkilatın gələcək fəaliyyətinə dair perspektivlər müzakirə olunur.

Toplantıda xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolunun imzalanması nəzərdə tutulur. Qəbul olunacaq qərarlar təsdiq üçün avqustun 16-da dövlət başçılarının görüşünə təqdim olunacaq.

Avqustun 14-də xarici işlər nazirliklərinin yüksək vəzifəli məmurlarının iclası keçirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG