Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:14

Talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib


Talassemiyalı uşaqlar üçün qanvermə aksiyası

Talassemiyalı uşaqlar üçün qanvermə aksiyası

Avqustun 15-ə «Caspian Plaza» mərkəzinin əməkdaşları talassemiyadan əziyyət çəkən uşaqlar üçün könülü qanvermə aksiyası keçiriblər. Aksiyada 50 nəfərə yaxın könüllü iştirak edib. Qan bankı əməkdaşlarının verdiyi məlumata görə, aksiya nəticəsində hər donordan 300 qram qan götürülüb ki, bu da 20 nəfərdən artıq talassemiyalı uşağın müalicəsinə yönəldiləcək.

Rəsmi statistikaya əsasən, zərbaycanda talassemiyalı xəstələrin sayı 1800-dən çoxdur. Ona görə də talassemiyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə ehtiyac var.

Talassemiya - xəstə valideynlərdən uşaqlara genlər vasitəsilə ötürülən irsi qan xəstəliyidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG