Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:41

Abituriyentlərin ixtisas seçimi başa çatır


Abituriyentlərin ixtisas seçimi avqustun 16-da saat 11:00-da başa çatacaq.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 15-də məlumat yayıb.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını «Abituriyentin elektron ixtisas seçimi ərizəsi»nə daxil edirlər.

TQDK-nın mətbuat katibi Elnur Nağızadə APA-ya bildirib ki, bu gün səhər saat 11-ə qədər 35908 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib.

I qrupda 11378, II qrupda 10206 , III qrupda 10644, IV qrupda 3680 nəfər ixtisas seçimi ərizəsini dolduraraq təsdiq edib.

Ali məktəblərə qəbulun nəticəsi 3 gün ərzində məlum olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG