Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:57
-
Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyi su resurslarının birgə idarə olunması ilə bağlı Azərbaycanla dialoqa başlamağa hazır olduğunu bəyan edib.

Bunu separatçı rejimin baş nazir müavini Artur Agabekian AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində deyib. O qeyd edib ki, söhbət Sərsəng su anbarı və Tərtər çayından müxtəlif istiqamətlərə axan sulardan gedir. Agabekian hesab edir ki, bundan həm erməni, həm də Azərbaycan tərəfi udacaq.

O qeyd edib ki, Azərbaycan buna reaksiya verməsə, Ermənistan tərəfi sərhəd rayonlarına böyük sərmayə qoyaraq güclü nasoslarla su resurslarından yalnız öz əraziləri üçün istifadə edəcək. Agabekian hesab edir ki, dialoq olsa, bu su anbarı hər iki tərəfin maraqlarına xidmət edə bilər.

Keçmiş hərbçi və «Daşnaksutyun» partiyasının üzvü Artur Agabekian 1 il bundan əvvəl Yerevandan Xankəndinə gəlib, baş nazir mavini təyin edilib. O bəyanatına iki xalqı sülhə hazırlamaq kimi baxır:

«Azərbaycan qonşu ölkədir, bu gün o, düşməndir, sabah isə sadəcə qeyri-dost ölkə olacaq və biz müəyyən zaman ərzində xalqları sülhə hazırlamalıyıq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG