Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:01

Panama parlamenti Azərbaycan ərazilərinin işğal edilməsi ilə bağlı qətnamə qəbul edib


Panama Milli Assambleyasında “Ermənistan ordusunun Azərbaycan ərazilərini işğal eləməsi barədə qətnamə qəbul edilib.

Azərbaycanın Xarici İşlər Nazirliyi sənədin parlamentdə səsə qoyulduğunu və yektilliklə qəbul edildiyini bildirir.

Qətnamədə Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun Ermənistan ordusu tərəfindən işğal edilməsi, bu münaqişə vaxtı və ondan sonra Azərbaycan əhalisinin hüquqlarının kobud şəkildə pozulması və xüsusilə 1992-ci ildə erməni birləşmələrinin Xocalıda törətdiyi kütləvi qırğın kəskin pislənilir.

Qətnamə həmçinin Ermənistanı münaqişənin həlliylə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməyə çağrır.
XS
SM
MD
LG