Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:04
Misirdə 1 aylıq fövqəladə vəziyyət rejimi elan edilib.Müvəqqəti hökumət ölkədə qayda-qanunu bərpa etmək üçün, orduya polisə kömək etməyi göstəriş verib.

Bu gün paytaxt Qahirədə baş verən toqquşmalarda azı 150 adam ölüb, yüzlərlə adam yaralanıb.Sky News televiziya kanalının teleoperatoru Mik Din, Müsəlman qadaşları hərəkatının rəhbər üzvlərindən olan Mohammad al Beltaqinin 17 yaşlı qızı Asma al Beltaqi də ölənlər arasındadır. Mohammad al Beltaqi isə hazırda axtarışdadır.

Morsinin təmsil olunduğu "Müsəlman qadaşları" hərəkatı isə 2 mindən çox adamın öldürüldüyünü deyir.

Hərbçilər bu gün səhər devrilmiş prerzident Mohammad Morsi tərəfdarlarının şəhərdə qurduğu iki düşərgəyə hücum edib.Polis aksiyaçılarda silah olduğunu bildikdən sonra atəş açmağa başlayıb.Həmçinin gözyaşardıcı qazdan istifadə edilir.

Həmçinin ölkənin digər yerlərində Morsinin tərəfdarları ilə hərbçilər arasında toqquşmalar olub.

Avropa Birliyi, Böyük Britaniya, Almaniya və Türkiyə baş verənləri qəbuledilməz adlandırıb və BMT-nin təhlükəsialik şurasını tədbirlər görməyə çağırıblar.

Müsəlman qardaşları hərəkatını təmsil edən Morsi iyulun 3-də hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılıb.Hərbçilər onu səlahiyyətlərini aşmaqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG