Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:05
Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyi su resurslarının birgə idarə olunması ilə bağlı Azərbaycanla dialoqa başlamağa hazır olduğunu bəyan edib.

Bunu separatçı rejimin baş nazir müavini Artur Agabekian AzadlıqRadiosu-nun erməni xidmətinə müsahibəsində deyib. O qeyd edib ki, söhbət Sərsəng su anbarıTərtər çayından müxtəlif istiqamətlərə axan sulardan gedir. Agabekian hesab edir ki, bundan həm erməni, həm də Azərbaycan tərəfi udacaq.

O qeyd edib ki, əgər Azərbaycan buna reaksiya verməsə ermənistan tərəfi sərhəd rayonlarına böyük sərmayə qoyaraq güclü nasoslarla su resuslarından yalnız öz əraziləri üçün istifadə edəcək. Agabekian hesab edir ki, dialoq olsa bu su anbarı hər iki tərəfin maraqlarına xidmət edə bilər.

Keçmiş hərbçi və "Daşnakstyun" partiyasının üzvü Artur Agabekian 1 il bundan əvvəl Yerevandan Xankəndinə gəlib, baş nazir müavini təyin edilib. O bəyanatına iki xalqı sülhə hazırlamaq kimi baxır:

"Sonda bu iki qonşu tərəf, bu gün düşmən, sabah isə sadəcə dost olmayacaq və biz müəyyən zaman ərzində xalqları sülhə hazırlamalıyıq".

Günün bütün mövzuları

XS
SM
MD
LG