Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:08
-
Bu yaxınlarda təkrar böyük futbola qayıdan Naxçıvanın «Araz» klubu avqustun 13-də ilk oyununu keçirib.

Naxçıvan Muxtar Respublika Stadionunda «Neftçala» komandası ilə keçirilən yoldaşlıq oyunu 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı ikinci hissənin ortalarında qonaqlar açıb. Oyunun son dəqiqələrində «Araz» klubu 11 metrlik cərimə zərbəsi ilə hesabı bərabərləşdirə bilib.

«Şərq Qapısı» qəzetinin məlumatına görə isə, elə həmin gün oyundan öncə Naxçıvan Muxtar Respublika stadionunun təmirdən sonra açılışı olub. 1964-cü ildə tikilmiş bu stadion uzun müddət idi ki, istifadəyə yararsız qalmışdı.

«Araz» klubu 1967-ci ildə yaradılıb. Klub 1968-ci ildən SSRİ birinciliyinin «B» qrupunda mübarizə aparıb. 1977-ci ildən 1989-cu ilə kimi qısa fasilələrlə futbol üzrə SSRİ çempionatının «A» qrupunun 2-ci dəstəsində təmsil olunub. Bu klubun ilk baş məşqçisi Tofiq Axundov olub. SSRİ dağıldıqdan sonra «Araz» fəaliyyətini dayandırıb. 2001-ci ildə klub yenidən formalaşdırılıb və milli futbol çempionatının güclülər dəstəsinə qoşulub. Ancaq bu cəmi bir il çəkib. 2002-ci ildə «Araz» yenidən fəaliyyətini dayandırıb. Həmin vaxtdan Naxçıvan peşəkar futbolla vidalaşmışdı.

Hazırda «Araz» 2-ci dəstədə gücünü sınayacaq. Klubun yeni baş məşqçisi Əsgər Abdullayev AzadlıqRadiosuna müsahibəsində bildirib ki, məqsədləri klubu güclülər dəstəsinə çıxarmaqdır.
XS
SM
MD
LG