Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:54

Əfqanıstanda qadın deputat oğurlanıb


Əfqanıstan parlamenti
Əfqanıstan parlamenti
Əfqanıstanda milli parlamentin qadın deputatı Fariba Ahmadi Kakar oğurlanıb. O ötən istirahət günləri 3 uşaqla Qəzni əyalətində olarkən oğurlanıb.

Yerli qubernatorun müavini Muhammad al Ahmadi əməliyyat nəticəsində uşaqların azad edildiyini, amma qadının hələ də girov olduğunu bildirib.

Onun yeri bəlli deyil, axtarış gedir.Polisin məlumatına görə yaraqlılar deputatı buraxmaq əvəzində 4 talibançının azad edilməsini tələb edirlər.

Talibanın sözçüsü Zabihullah Mujahid isə onlarda belə bir məlumat olmadığını deyir.
XS
SM
MD
LG