Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:19
Avqustun 14-də Qəbələdə Heydər Əliyev Konqres Mərkəzi istifadəyə verilib. Prezident İlham Əliyev açılışında iştirak edib.

1200 yerlik Heydər Əliyev Konqres Mərkəzi Qəbələ şəhərində, Qaraçay çayının sahilində yerləşir və ərazisinin ümumi sahəsi 8,5 hektardır.

Bina üç mərtəbədən və 4,2 metr dərinliyində zirzəmidən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir.

Mərkəzdə 6 qüllə və zalın üzərində diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr olan günbəz düzəldilmişdir. İsveçrə istehsalı olan və səstənzimləmə xüsusiyyətinə malik materialdan istifadə olunaraq hazırlanan bu günbəz zalda akustikanın tənzimlənməsinə xidmət edir.

Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. /AzərTac/

Günün bütün mövzuları

XS
SM
MD
LG