Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:33

Qəbələdə aqro-kompleks açılıb


Prezident İlham Əliyev avqustun 14-də İsmayıllıya səfərdən sonra Qəbələyə gedib. Burada «Aqro Kompleks Qəbələ» MMC-nin aqrar-sənaye kompleksinin açılışında iştirak edib.

Kompleksin ümumi dəyəri 25 milyon manatdır. Bu layihənin inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub. Sahibkarlığa Kömək Milli Fondu kompleksin inşasına 14 milyon manat güzəştli kredit verib.

Heyvandarlıq komplekslərində dünyada kənd təsərrüfatı texnikası istehsalında aparıcı müəssisələrdən olan Almaniyanın «GEA» şirkətinin tam avtomatlaşdırılmış havalandırma, suvarma, qidalandırma, istilik sistemləri və digər ferma avadanlığı quraşdırılıb. Min başlıq südlük heyvandarlıq kompleksində «Simmental» cinsindən olan südlük-damazlıq inəklər bəslənilir. İnəklərdən gündə orta hesabla 25 litrədək 4-4,5 faiz yüksək yağlılıq göstəricilərinə malik süd alınır. İlkin olaraq kompleksə Almaniyadan 640 baş «Simmental» cinsindən olan südlük-ətlik cins heyvanlar gətirilib. Yaxın vaxtlarda əlavə cins heyvanların gətirilməsi ilə bağlı artıq müqavilələr imzalanıb. /AzərTac/
XS
SM
MD
LG