Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:34
18 aylıq tənəzzüldən sonra 17 avrozona ölkəsində iqtisadiyyat dirçəlməyə başlayıb. Avropa statistika xidmətinin hesabatında ilin ikinci rübündə 0,3 faiz artım olduğu bildirilir ki, bu gözlənildiyindən xeyli çoxdur.

Burda ilk növbədə Almaniya və Fransadan söhbət gedir.Bu müddət ərzində Almaniyada 0,7, Fransada isə yarım faiz artım olub.

Avropa Birliyinin maliyyə məsələləri üzrə komissarı Olli Rehin bildirib ki, avrozonada iqtisadi artıma təkan vermək üçün kəskin iqtisadi tədbirlər hesabına islahatlar davam etdirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG