Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:37

Prokuror keçmiş rektor Elşad Abdullayevin tutdurduğu işadamına cəza istəyib


Avqustun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində işadamı Arzu Kazımovun məhkəməsi davam edib. Prosesdə dövlət ittihamçısı çıxış edib.

Arzu Kazımov 2003-cü ildə yoxa çıxmış MTN zabiti Mahir Abdullayevin qaytarılması üçün qardaşı Elşad Abdullayevdən pul almaqda təqsirləndirilir. İttihamlara görə, Arzu Kazımov 2003-cü ildə ayrı-ayrı vaxtlarda hazırda fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru olmuş Elşad Abdullayevdən ümumilikdə 1,5 milyon dollar alıb. İddialara görə, o, bu pulları Daxili İşlər Nazirliyindəki mənbələrə verməklə, Mahir Abdullayevin tapılıb ailəsinə qaytarılmasını vəd edib. Ancaq pulu mənimsəyərək, vədinə yalançı çıxıb.

Dövlət ittihamçısının qənaətinə görə, ittihamlar məhkəmə ifadələri ilə sübuta yetirilib və o, məhkəmədən Arzu Kazımovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses avqustun 21-də davam edəcək.

İşadamı isə özünü təqsirli bilmir. O, məhkəmə ifadələrində göstərib ki, Elşad Abdullayevdən pulları qardaşının qaytarılması üçün yox, sələmə götürüb. Elşad Abdullayev vaxtından əvvəl pulları geri tələb edib. Pulun əvəzinə Elşad Abdullayevə tikdirdiyi binadan mənzillər, aeroport yolunda torpaq sahəsi verib.
XS
SM
MD
LG